turklehceleri.org

icma

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

icma

is. [ər.]
1. Qədimdə: hər hansı bir ərazi daxilində yaşayan əhalinin özünüidarə hüququna malik birliyi, təşkilatı. Şəhər icması. Qədim Rusiyada kəndli icması.
2. köhn. Cəmiyyət, təşkilat, məclis, ittifaq. Dini icma. – Sənət isə ibarət idi alinəsəb, dövlətmənd, ağıllı və insaflı əşxasın icmasından. F.Köçərli. 1915-ci ildən başlayaraq müharibə əleyhinə bir çox icmalarımız oldu. T.Ş.Simurq. • İcma etmək köhn. – bir yerə toplaşmaq, bir məsələni müzakirə etmək üçün yığılmaq, iclas etmək. // köhn. Camaat. [Komediya] ..icmanın bir o qədər xoşuna gəldi ki, pərdənin axırında “afərin” sədası göyə çıxıb, üç-dörd dəfə pərdənin qalxmağını .. əl çalıb tələb edirdilər. F.Köçərli. ‣ İbtidai icma quruluşu – insan cəmiyyətinin ilk ictimai-iqtisadi quruluş forması.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

icma

cəmiyyət, təşkilat, məclis
{cemiyet, teşkilat, meclis}


Axir izdelgen sözler: