ibrət
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
ibrət
[ər.] Ağır, pis bir hadisədən, işdən alınan dərs. Olmuş bizə qismət bu yəqin, ruzi-əzəldən; İbrət bizə yox, halətidünyanı görəndə. Aşıq Aslan. • İbrət almaq (eləmək, götürmək) – bir işdən, hadisədən dərs almaq, özü üçün nəticə çıxarmaq, nümunə götürmək, öyrənmək. Böyüyü döy ki, kiçik ibrət alsın. (Ata. sözü). Gəl, könül, bir ibrət al, bu gərdişi-dövrana bax! M.V.Vidadi. Ey oğul, murdən götür ibrət; Get, ağır işdə işlə qeyrət ilə. M.Ə.Sabir. İbrət dərsi almaq – bax. ibrət almaq. Doğrudur, cənab general! – dedim, 11-ci ilin hadisəsindən biz bir ibrət dərsi alacağıq. M.S.Ordubadi. İşlərə açıq baxıldığı üçün iclas salonunda iştirak edən bütün vətəndaşlar məhkəmənin çıxardığı bu hökmdən bir ibrət dərsi alırlar. (Qəzetlərdən). İbrət dərsi vermək – bax. dərs vermək (“dərs”də). Bu yaramazların kökünü kəsib, hamıya ibrət dərsi vermək lazımdır. M.Hüseyn. İbrət olmaq – bax. dərs olmaq (“dərs”də). [Hacı Qara:] Allah qoysa, sizin ölüm xəbəriniz murova çatar! Bundan sonra qalan yoldaşlarınıza ibrət olar. M.F.Axundzadə. [Musa:] Bu gün sizə öylə bir cəza verməliyim ki, bundan sonra hər kəsə ibrət olsun.. H.Cavid.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
ibrət
dərs
{ders}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
ibrət
ders, ibret