hərislik
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
hərislik
is.
1. Bir şeyi etməyə, yaxud öyrənməyə, bilməyə göstərilən hədsiz həvəs, meyil, maraq; aludəlik. Dükan qabağına toplaşanların əhvalatı öyrənmək hərisliyi daha da artırdı. Mir Cəlal. Qoşqarda hələ lap uşaqlıqdan soyuq suya bir hərislik vardı. İ.Hüseynov.
2. Hərisliklə şəklində zərf – acgözlüklə, ehtirasla. Hərisliklə yemək. – Xosrov bəy .. yenə də vəhşi bir hərisliklə Zərrintac xanıma baxır.. S.Rəhimov. [Nərgiz:] Bütün bu hərəkətlərimdən özüm hərisliklə ləzzət çəkirdim. B.Bayramov.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
hərislik
I. düşkünlük, ağzıyellilik, ağzıyavalıq
{düşkünlük, sorunluluk, sıkıntılılık}
II. tamahkarlıq, acgözlük, dargözlük, xəsislik, simiclik
{tamahkârlık, açgözlülük, paragözlük, hasislik, cimrilik}
III. qızgınlıq, ehtiraslılıq, coşgunluq
{kızgınlık, ihtiraslılık, coşkunluk}
IV. qəddarlıq, qatılıq, bərklik
{gaddarlık, katılık, sertlik}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
hərislik
hırs