hərdəm
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
hərdəm
zərf [fars.]
1. Hər nəfəsdə, hər an, hər dəqiqə, həmişə, daim. Söhbətində olan istər sazını; Mən çəkərəm hərdəm sənin nazını. Sarı Aşıq. Gözümdən seyl tək hərdəm; Axan al-qanə bir baxmaz. Q.Zakir.
2. Bəzən, hərdən, arabir, hərdənbir, gahgah. Hərdəm bizə də gəl. – [Asya:] Bu yazıq yarına hərdəm; Bir nəzər sal, gözəlim. Ü.Hacıbəyov. Anası hərdəm cib aynasını [İzzətin] ağzına tutur, nəfəsi gəldiyini seçirdi. Mir Cəlal.