həmən
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
həmən
[fars.]
1. əvəz. Həmin, haman, o. [Cavad bəy:] Elə işlərin üstündə həmən adamı divara söykəyib başına güllə çaxarlar, qalar yerində.. N.Vəzirov. Gətirir fikrimi mənim tüğyana; Həmən diyardakı şumal buruqlar. M.Müşfiq.
2. zərf O saat, dərhal, əlüstü. Mən bu lövhələri xəstə, nəfəssiz; Seyr edərək həmən yüyürdüm səssiz. S.Vurğun. Əcəbcə işə düşdük, deyib güldüm özümə; Yay paltomun boynunu həmən çəkdim üzümə. S.Rüstəm.
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
həmən
hemen