həmlə
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
həmlə
is. [ər.] Hücum, üzərinə atılma. Həmlələr pozmuş, qoşun sındırmış, qala fəth etmiş əsgər sevinci ilə Durmuş .. yatağına girdi. Mir Cəlal. ..Qaraca çobanın cürətli müqaviməti, iki qardaşı ilə birgə hələ ilk həmlədə beş-on atlını vurubyıxmaları basqınçıların qəzəbini artırdı. M.Rzaquluzadə. • Həmlə etmək – hücum etmək, üzərinə atılmaq. İş atışmadan ötüb şəmşir və xəncər ilə bir-birinə həmlə etməyə çatdı. M.F.Axundzadə. Ta ayın iyirmi doqquzuna kimi düşmənin tankları ilə piyadası batareyaya həmlə etdi. Ə.Əbülhəsən. // Eyni mənada oyunda. Hücumçuların həmlələri. • Bir həmlədə – dərhal, bir anda, bir dəfə həmlə etməklə. Koroğlu bir həmlədə özünü Aslan paşaya çatdırdı. “Koroğlu”.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
həmlə
hücum, basqın
{hücum, baskın}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
həmlə
hamle