həftə
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
həftə
is. [fars.] Şənbədən bazar gününə qədər yeddi günə bərabər vaxt ölçüsü vahidi. Həftənin birinci günü. Bütün həftəni işləmək. – Dolandı həftələr, dolandı aylar; Sənətlə bir yerdə ucaldı Aygün. S.Vurğun. Həftələr, aylar keçir; Axşamlı-səhərli; Bəzən şirin, bəzən zəhərli. R.Rza. // Hər hansı gündən başlayaraq hesablanan yeddigünlük vaxt, müddət. Xəstəlik iki həftədən bəridir ki, davam edirdi. M.S.Ordubadi. Əhmədov bir həftə deyildi ki, buraya, tikinti işinə icraçı mühəndis təyin olunmuşdu. Mir Cəlal. // Bir hadisəyə və ya bir şeyə, tədbirə həsr edilmiş yeddigünlük müddət. Yaşıllaşdırma həftəsi. Uşaq ədəbiyyatı həftəsi. Ədəbiyyat və incəsənət həftəsi. ‣ Həftə səkkiz, mən doqquz – həmişə, daima, tez-tez. Həftə səkkiz, mən doqquz xəstələnir. Həftə səkkiz, mən doqquz maşın xarab olur. – [Fərhad] həftə səkkiz, mən doqquz kağız yazıb, Aslandan pul istəyirdi. C.Cabbarlı. [Yunis xalasına:] Budur, Yaqut ərə getdiyi üç ay deyil, amma axır zamanlar həftə səkkiz, mən doqquz gəlib, anasının yanında qalır. Ə.Məmmədxanlı.
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
həftə
hafta