hönkürtü
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
hönkürtü
is. Hönkürüb ağlayarkən çıxarılan səs. Lələ ilə dayənin hönkürtü ilə ağlamalarını görən Kiçikbəyim də özünü saxlaya bilmədi. Çəmənzəminli. Qapıdan yenicə içəriyə girən Kərimqulunun kal səsi də Əmiraslan babanın hönkürtüsünə qarışdı. S.Rəhimov. • Hönkürtü vurmaq (qoparmaq) – hönkürtü ilə, səslə, hıçqıra-hıçqıra ağlamaq. Uşaq əlini Qaragözün əlindən çəkib, daha ucadan hönkürtü qopararaq ayaqları dolaşa-dolaşa alaçığa getdi. M.İbrahimov.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
hönkürtü
ağlama, hıçqırtı
{ağlama, hıçkırık}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
hönkürtü
çığlık