haça
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
haça
is. və sif. Ağacın bucaq şəklində ayrılmış gövdəsi və ya budağı, habelə haçalanmanın başlandığı yer. Alçaq əncir ağacının əyri haçasında oturan iki nəfər qara, yanıq oğlan uşağı bir-birinə püstə qabığı atırdı. Mir Cəlal. Tut ağacının balkona enmiş haça budağı arasından sayrışan ulduzlar görünürdü. İ.Hüseynov. // Ümumiyyətlə, haça şəklində olan. Dağın haça zirvəsi. – Giziroğlu Mustafa bəyin bir şeşpəri var idi ucu haça. “Koroğlu”. Sinə dümağ, quyruq haça; Bir quş qondu bir ağaca. M.Dilbazi. // məc. Üstüörtülü, ikibaşlı. Ataş [Mirzənin suallarındakı] haça mənanın fərqinə varmadan cavab verdi. Ə.Vəliyev.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
haça
I. ayrıc
{ayraç}
II. qol, budaq
{kol, budak}
III. qoşa, cüt, ikili
{iki, çift, ikili}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
haça
çatal