turklehceleri.org

hayan

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

hayan

I. əvəz. Hansı tərəf, hara, hansı səmt. [Sultan bəy:] Mərdimazar oğlu mərdimazar, hayandan gəldi isə bütün işi korladı. Ü.Hacıbəyov. Namusu, qeyrəti hayana atdın; Düz çıxmadın etibara, gəlmədin. Aşıq Şəmşir.

II. is. dan. Kömək, köməkçi, arxa, himayəçi, havadar. Tellinin fikrinə gəldi ki, gedib Əcəb xalanı özünə hayan çağırsın. S.Hüseyn. Gəhi rəqibə salır meylini, gah aşiqinə; Hayan gəlir – əsir ol bivəfa, külək kimidir. Ə.Vahid. • Hayan olmaq (durmaq) – müdafiə etmək, arxa durmaq, havadarlıq etmək, himayə etmək, himayəçilik etmək. [Xəlil Çimnaza:] ..İndi gərək biz bir-birimizə hayan olaq. M.Hüseyn. [Reyhan Əzizə:] Gərək sən [Azərdən] ayrılmayaydın, yaxında qalıb ona hayan olaydın. Ə.Məmmədxanlı.

Uyghurche – Türkiye Türkchisi Lughiti (Kurban, 2016)

hayan

a. Fayda, menfaat, çıkar.


Axir izdelgen sözler: