turklehceleri.org

haqqhesab

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

haqq-hesab

is. [ər.]
1. Hər hansı hesablamanın nəticəsi; hesablama, hesab. Hamı işdən çəkilib çıxdığı halda, mühasib çıxmaq istəmir və əlindəki haqq-hesabı başa çatdırmağa çalışırdı. S.Rəhimov. Zülfüqar çox tutqun idi. Haqq-hesab düz gəlmədiyi üçün hirslənir, dodağını gəmirirdi. B.Bayramov.
2. Hesabat. ..Katib haqq-hesab məruzəsində Gülyanağın adını çəkdi, onu .. təriflədi. Ə.Vəliyev. [Muxtar Şahinə:] Durub bir sənə də haqq-hesab verim? B.Bayramov.
3. Say-hesab. Professorun Mehman haqqında olan tərifləri haqq-hesaba gəlməz oldu. S.Rəhimov. ‣ Haqq-hesab çəkmək – 1) hesabat tələb etmək; 2) hesablamaq, hesab etmək, saymaq. [Məzahir Qönçəyə:] Dünən də bir abbasımı kəsmisən, haqq-hesabı düz çək, sonrası yaxşı olmaz. B.Bayramov; 3) məc. qisas almaq, öc almaq, hesablaşmaq. O bizimlə haqq-hesab çəkir. – [Koroğlu:] Çək atları, yəhərlə, gedib, Həsən xanla haqq-hesabımızı çəkək. “Koroğlu”. Haqq-hesabı çürütmək (üzmək) – 1) aralarında olan məsələni qəti həll edib qurtarmaq. [Cahandar ağa] Molla Sadıqla birdəfəlik haqq-hesabı çürütmək istəyirdi. İ.Şıxlı; 2) məc. əvəz çıxmaq, intiqam almaq, öc almaq, hesablaşmaq. [Ağagül Nəcəf bəyə:] Təəssüf ki, səninlə haqq-hesabı çürütməyə vaxt qalmadı, dayı! Ə.Məmmədxanlı. Haqq-hesabını vermək – işdən qovmaq, çıxarmaq. [Yaşlı kişi:] Əgər həmin qulluqçu ikinci dəfə də belə bir unutqanlıq etsə idi, [tacir] haqq-hesabını verməklə “xoş gəldin” – deyib qovardı. S.Hüseyn.

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

haqq-hesab

fatura


Axir izdelgen sözler: