turklehceleri.org

gətirmək

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

gətirmək

f.
1. Bir şeyi əlinə götürərək, yaxud dalına yükləyərək olduğu yerdən başqa yerə köçürtmək, çatdırmaq (aparmaq ziddi). Nənəxanım suyu gətirib, aftafada küncə qoydu və palazları geri qatladı. Çəmənzəminli. Günorta üstü poçtalyon Bahadura təcili bir məktub gətirdi. S.Rəhimov. // Eyni mənada nəqliyyat haqqında. Trolleybus adamları gətirdi. Təyyarə çoxlu yük gətirdi. // Çatdırmaq. Məlumatı vaxtında gətirdilər.
2. Birinin hərəkətini yönəltmək, özü ilə bərabər bir yerə gəlməsinə kömək, yaxud özü ilə bərabər gəlməyə məcbur etmək. Uşağı evə gətirmək. Məktəbliləri gəzməyə gətirmək. – [Şah:] Bu saat fərraş göndər, münəccimbaşını mənim hüzuruma gətirsin. M.F.Axundzadə. [Əsgər:] Bəyim, yaxalanan məhbusu gətirdi. H.Nəzərli.
3. Özü ilə bərabər götürüb gətirmək, qovub gətirmək. Sel çoxlu kötük gətirdi. Yel özü ilə yağmur gətirdi. – Çay bəzən dağ boyda böyüyür, köklü ağacları qoparıb gətirir. Ə.Vəliyev.
4. Bar vermək, meyvə vermək, məhsul vermək. Ağac yaxşı alma gətirib. – Gətirdiyin yumurtadan nəticə, cücə gözləmə! M.Ə.Sabir. // Məc. mənada. ..Çünki orda bar gətirir ən müqəddəs arzular; Çünki orda həqiqət var, səadət var, həyat var. Ə.Cəmil.
5. məc. Hər hansı bir işdə müvəffəqiyyət qazanmaq, müvəffəqiyyət əldə etmək, uğurlu olmaq. Əli gətirmək. Bəxti gətirmək. – Leyləyin işi bircə məsələdə gətirmirdi. S.Rəhimov. Budaq indi-indi gümrahlaşırdı ki, birdən yenə də onunku gətirmədi. Ə.Vəliyev. Deyəsən, bu gün Tamaşanınkı gətirmirdi. Mir Cəlal.
6. Təlqin edərək, inandıraraq və yaxud dilə tutaraq birini öz əqidəsindən, fikrindən döndərməyə, bir şeylə razı salmağa nail olmaq (adətən isimlərə qoşularaq işlədilir). Razılığa gətirmək. İnsafa gətirmək. İmana gətirmək.
7. İfadə etmək, davam etdirmək, çatdırmaq, başa çıxmaq. Sözün dalını gətirə bilmədi. – [Oğlan] tez-tez danışır, dili də şirindir, “r” səsini gətirə bilmir. “Yarım”a “yağım” deyir. Mir Cəlal.
8. Bir şeyin nəticəsi olmaq, törətmək, səbəb olmaq, vermək. Fərəh gətirmək. Sevinc gətirmək. İstilik gətirmək. – Dənizdən əsən xəfif meh .. xoş bir sərinlik gətirirdi. M.Hüseyn. Yabançı bir adam kimi büzüşüb oturan Qulu furqona bir soyuqluq gətirdi. M.İbrahimov. Bəndalı həmişə evə gələndə bir şənlik, xoşluq gətirərdi. Mir Cəlal.
9. Bir sıra isimlərə qoşularaq, müxtəlif ifadələr və mürəkkəb sözlər əmələ gətirir, məs.: üzr gətirmək, pənah gətirmək, tab gətirmək, bəhanə gətirmək, şəkk gətirmək, dünyaya gətirmək.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

gətirmək

daşımaq, aparmaq
{taşımak, götürmek}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

gətirmək

getirmek


Axir izdelgen sözler: