gədə
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
gədə
is. dan.
1. Nökər. [Asya:] Gülçöhrə bir gədəyə aşiq olubdur. Ü.Hacıbəyov. [Əbdürrəhim:] Xanım, doğrudur, mən özüm İskəndər bəyin gədəsini gördüm. N.Vəzirov. [Sara bibi:] [Zeynəbin] atası yumurta Heydər kim idi? Murad bəyin qapısının gədəsi deyilmiydi? Qantəmir.
2. dan. Oğlan. [Ana:] Ay Allah, bu gədə lap dəli olacaq. S.Rəhman. [Turac:] Qızlar, amma gədə yamanca pərt oldu. İ.Əfəndiyev. // dan. Oğlana müraciət məqamında işlənir. [Hacı Qara:] Gədə, nə danışırsan? Kimin həddi var mənim malımı ala! M.F.Axundzadə. [Hacı Həsən:] A gədə, ata arpa verin, yəhər-əsbabı sazlayın. C.Məmmədquluzadə.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
gədə
I. uşaq (oğlan)
{evlat (oğlan)}
II. yaltaq, satqın
{ikiyüzlü, riyakâr}