gəda
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
gəda
is. [fars.]
1. köhn. Keçmişdə yoxsul, aşağı təbəqədən olan adamlara verilən ad. Kükrər dağlar, bir-birinən deyini; Seçmək olmaz gədasını, bəyini.. Aşıq Ələsgər. [Rizvan:] İnsan dimağı birdir, istər padşah olsun, istər gəda. Ə.Haqverdiyev. [Qoca:] Bizim üçün şah və gəda təfavütü yoxdur. A.Divanbəyoğlu.
2. məc. nifr. Səviyyəsiz, ləyaqətsiz adam haqqında. Gədaya borclu olma, ya toyda istər, ya bayramda. (Ata. sözü). Mən Həcərəm, əbrü ətləs geymənəm; Hər yetən gədayə boyun əymənəm. Aşıq Ələsgər. Ah, nə çıxılmaz yol imiş bu sevda; Tən etdi hər görən, güldü hər gəda. H.Cavid. // məc. Dilənçi, fəqir, yazıq, binəva. Camalın sədqəsi, hüsnün zəkatı; Mənim tək binəva gədayə düşər. M.V.Vidadi. [Təhmas bəy:] Əlimə çörəkçin baxan bir gəda; Salıb varlığımı bir yanar oda. S.Rüstəm.
3. bax. gədə 1-ci mənada. Rəhmə gəlib, padşahım, deməzsən; Harda qalıb bu dərgahın gədası. Q.Zakir. [Ağaməhəmməd xan:] ..Ən ədna gədanın mənə yazığı gəlir, hamısının ədavətini qəlbimdən çıxararam. Ə.Haqverdiyev.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
gəda
I. qul, kölə, nökər
{kul, köle, bende}
II. yaltaq, satqın
{ikiyüzlü, riyakâr}