güllənmək
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
güllənmək
f.
1. Gül açmaq, gül açmağa başlamaq; çiçəklənmək. Yaz mövsümü bülbül dil-dil ötəndə; Bağ-bağçalar nərgizlənir, güllənir. “Qurbani”. Bahar gəlir, dərələr çiçəklənir, güllənir. A.Şaiq. [Arvad:] Oğlum, Firidun, yəqin indi... badam güllənir, hə?.. M.İbrahimov.
2. Güllə bəzədilmək; çiçəklənmək.
3. Xırda qabarlar, güllər əmələ gəlmək (çörəyin üzündə). Çörək güllənib.
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
güllənmək
yapraklanmak