gözəl
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
gözəl
sif.
1. Sifətinin cizgiləri, bədəninin tənasübü, qaş-gözü qüsursuz olan; göyçək. Gözəl uşaq. – [Xor:] Xəlvət meşə arasında; Bir gözəl qız tapmışıq. C.Cabbarlı. [Zaqs müdiri] Zeynalın Mehriban kimi gənc və gözəl bir qadını boşamasına bir məna vermədi. S.Hüseyn. İçəri gözəl, gənc bir qadın girdi. S.Rəhman. • Dünya gözəli – çox gözəl, çox qəşəng qadın (çox zaman istehza və ya zarafatla işlədilir). [Müqim bəy:] Sənin kimi dünya gözəli olanın bu dünyada nə dərdi-qəmi, ay Zəriş! S.Rəhimov. Gözəllər gözəli – qeyri-adi gözəlliyi ilə fərqlənən, ən gözəl qız, qadın. // İs. mənasında. Sifətinin cizgiləri, bədəninin tənasübü, qaş-gözü qüsursuz olan gənc qız. Bu gün bir əcayib gözəl sevmişəm; Beləsi olammaz heç vilayətdə. M.P.Vaqif. [Qarı:] Ay cavan, atdan düş, bir falına baxım.. Sənin qismətində, deyəsən, bir gözəl var.. Çəmənzəminli. Parlasın hər gözəlin: Bir günəş yaxasında. M.Müşfiq. // Gözəlim şəklində gözələ xitab. Bu yazıq yarına hərdən; Bir nəzər sal, gözəlim! Ü.Hacıbəyov. Aç könlünü, layiq sana hər dürlü mükafat; Sevda! Nə dilərsən, gözəlim, aç mənə, anlat?! H.Cavid.
2. Gözə xoş gələn, gözü oxşayan, xoşa gələn, qəşəng. Gözə1 bağ. Gözəl mənzərə. – Hanı rəngin çiçəklərin, a çəmən! Bir gözəl dəstə gül tutaydım mən. A.Şaiq. Burda məclis quraq, gözəl çəməndir; Hər tərəf nərgizdir, tər yasəməndir. M.Rahim. // İnsanın ruhunu oxşayan, ruhuna ləzzət verən, xoşa gələn. Gözəl səs. Gözəl avaz ilə oxumaq. – Hava gözəl və işıq idi. Qantəmir. Faytonçunun səmimi, yanıqlı bir səslə oxuduğu gözəl mahnı birdən xırp kəsildi. M.Hüseyn. ..Bülbül öz gözəl nəğməsini oxumaqda idi. M.Rzaquluzadə. // Estetik zövq verən.
3. Məharətli, öz sənətinin ustası olan, çox yaxşı, əla. Gözəl usta. – Kərim baba özünü bir də doğruldaraq: – Mənim atam da gözəl ovçu idi, – dedi. A.Şaiq.
4. Müsbət keyfiyyətlərə və ya xassələrə malik olan, hər cəhətdən yaxşı olan, necə lazımsa elə. Gözəl adam. Gözəl oğul. Gözəl xasiyyət. – Dedim ki, gözəl xələf olarsan; Bir ailəyi şərəf olarsan. M.Ə.Sabir. [Süleyman:] ..Əsgər çox gözəl oğlandır. Çox ağıllı, yaraşıqlı və çox da şüurlu oğlandır. Ü.Hacıbəyov. [Səməd:] Mən bir görüm, axı elə gözəl insan birdən niyə bu qədər pozulub? İ.Hüseynov.
5. Əlverişli, yararlı, yaxşı. [Mirzə:] Ağa, məsləhətiniz çox gözəldir, ömrünüz uzun olsun, siz həmişə mənim uşaqlarımın qeydinə qalıbsınız. Ə.Haqverdiyev.
6. zərf Yaxşı, əla. Gözəl çalmaq. Gözəl danışmaq. – Əgər əhli-ruhsan, sözün gözəl de. Aşıq Ələsgər. [Dilbər:] Sizi isə, Gülüş, indi mən çox gözəl anlayıram. C.Cabbarlı. Hələ Zəki adlandırdıqları gənc nə qədər gözəl oxuyurdu. S.Hüseyn. ‣ Çox gözəl – çox yaxşı, yaxşı oldu, razıyam (təsdiq ifadəsi). [Sultan bəy:] Çox gözəl, qızım, bilirsən nə var? Ü.Hacıbəyov. [Səba xanım:] Çox gözəl, bunu [min qızılı] siz özünüz verirsiniz. Bəs Toğrul nə verəcəkdir?.. M.S.Ordubadi.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
gözəl
I. göyçək, qəşəng, yaraşıqlı
{gökçek, süslü, yakışıklı}
II. məlahətli
{latif}
III. mənzərəli, səfalı, şairanə
{görsel, gösterişli, şiirsel}
IV. əlverişli, yararlı
{elverişli, yararlı}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
gözəl
güzel, pekala, yakışıklı