gözcük
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
gözcük
is.
1. Kiçik göz. Qarışqanın gözcükləri.
2. İçəriyə və ya bayıra baxmaq üçün qapıda qoyulan xırdaca deşik; gözlük. Qapıda balaca bir gözcük də vardı ki, qapı döyüləndə bu gözcükdən baxıb, gələn adamın üzünü görmək mümkün olurdu. Ə.Əbülhəsən.
3. Tumurcuq. Gözcüklər yaxşı inkişaf edir. – Çay bitkisini çoxaltmaq üçün 3-4 gözcüyü olan birillik çubuqlardan istifadə etmək lazımdır. B.Talıblı.
4. Gözə oxşar (dairəvi) şəkildə olan tumurcuq və s. Kartof yumruları üzərində çuxurcuqlar olur ki, buna gözlüklər deyilir. M.Qasımov.
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
gözcük
göz