turklehceleri.org

görkəm

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

görkəm

is.
1. Xarici, ümumi görünüş. Xarici görkəm. Yaxşı, səliqəli görkəmi var. Görkəmini dəyişmək. – Tanrı elə görkəm vermişdi ona; Görənlər az qala cadulanırdı. Şəhriyar.
2. İnsanın daxili vəziyyətini, hissiyyatını, xasiyyətini əks etdirən sifəti, zahiri siması, görünüşü. Zəhmli görkəm. Ciddi görkəm. Xəstə görkəm. – [Məryəm] gah sərt bir görkəm alıb Səlimə acıqlanır, gah özündən kənar edirdi. H.Seyidbəyli. • Görkəm almaq – daxili vəziyyəti və hissiyyatı zahiri görünüşündə ifadə etmək. Sərhəng Firiduna baxıb ciddi və bir az da sərt görkəm aldı.. M.İbrahimov.
3. Göz önündə açılan təbiət mənzərəsi; mənzərə, görünüş. Meşənin görkəmi. – Hər yamacın bir baharı; Hər dağın bir görkəmi var. M.Müşfiq. Baharın öz görkəmi; Qışın da öz xətti var. S.Rüstəm. Dağ yolu hər yerdə bir görkəm alır; Meşədən keçərək, çaydan keçərək. H.Arif.
4. bax. görk. Aqrotexniki tədbirlərdən elə-belə görkəm üçün danışırdılar. (Qəzetlərdən).

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

görkəm

görünüş, üz, sifət, sima
{görünüş, yüz, sıfat, sima}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

görkəm

kılık


Axir izdelgen sözler: