turklehceleri.org

gömgöy

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

gömgöy

I. sif. Tünd-göy, tünd-mavi. Gömgöy paltar. – Buludsuz, açıq, şəffaf, gömgöy səma birdən-birə bulanır.. M.Rzaquluzadə.

II.
1. sif. Tünd-yaşıl, yamyaşıl; hər tərəfi yaşıl. Gömgöy parça. – Quşlar gömgöy budaqlarda oturub oxuşurdular. S.S.Axundov. Ortada gömgöy otlarda atlaz kimi döşənmiş geniş bir meydan vardı. M.Rzaquluzadə.
2. zərf Soyuqdan, hirsdən göyərmiş. Hirsindən gömgöy olmaq. – İşləmiş qanına bu quduz şaxta; Qalın dodaqları gömgöy kəsilir. S.Vurğun. [Şamxalın] gicgahlarındakı damarlar gömgöy göyərib şişdi, az qaldı ki, partlasın. İ.Şıxlı.
3. is. Zərbə və s. nəticəsində bədənin hər hansı bir yerində əmələ gələn tünd-göy ləkə. Qonşular hələ o vaxt deyirdilər ki, Minayənin üzü-gözü gömgöydür, cırıq-cırıqdır. Ə.Əbülhəsən. • Gömgöy göyərmək – göy ləkələr əmələ gəlmək, bərk göyərmək. [Səriyyə:] Hələ bu gün səhər məni o qədər vurublar ki, əndamım gömgöy göyərib. C.Cabbarlı. Özü yoxsul balası, həm də qərib; Üz-gözü gör necə gömgöy göyərib. Ə.Vahid.


Axir izdelgen sözler: