göbələk
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
göbələk
is.
1. bot. Xlorofili olmayan, əsasən sporlar vasitəsilə çoxalan ibtidai bitki. Yeməli göbələk. Zəhərli göbələklər. – Uşaqları tapıb, çiyələk, göbələk toplamağa, ya dərədə daşlar arasında balıq tutmağa gedirdik. A.Şaiq. [Sona:] Bilirsən, Eyvaz, biz göbələk yığmağa getmişdik, bir göbələk tapmışıq... C.Cabbarlı.
2. Bir sıra dəri xəstəliklərinin əmələ gəlməsinə səbəb olan bitki mikroorqanizmləri. Göbələk xəstəlikləri. ‣ Göbələk kimi yerdən çıxmaq (göyərmək) – tez və bollu meydana gəlmək, törəmək.
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
göbələk
mantar