gorbagor
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
gorbagor
is. [fars.] Ölmüş adam haqqında söyüş məqamında işlənir. [Fəxrəddin:] Onun [Qətibənin] gorbagor atasının qızın səadətini əlindən aldığı bəs olmadımı? M.S.Ordubadi. [Ələmdar:] [Məşədi] qırsaqqız oğlu qır-saqqız, elə bil o gorbagor Hacı Abtalıbın özüdür ki, qəbirdən xortduyub.. S.Rəhimov. ‣ Gorbagor etmək – ölmüş bir adamı rüsvay etmək, təhqir etmək, dalınca söymək. Birisi Hacı Manafdır, özü Üryan oğlu; Gör mən indi edərəm gorbagor ol üryanı. S.Ə.Şirvani. Gorbagor olmaq – ölmək, gəbərmək (söyüş kimi işlənir). [Səfər:] Bilirəm, dədə-babam gorbagor olacaq! Cəhənnəmə, ondan mənə bir zərər yoxdur. C.Cabbarlı.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
gorbagor
mənhus
{uğursuz}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
gorbagor
lanet