giriftar
Türkiye Türkchisi – Tiniq Türkche Lughiti (Kuleli, 2013)
giriftar
[Köken: Farsça] Verilen
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
giriftar
sif. [fars.] Tutulmuş, düçar, mübtəla. [Pişik siçana dedi:] Çəngəlimə indi giriftarsan; Ta ki edirsən belə rəftar sən. S.Ə.Şirvani. • Giriftar etmək – düçar etmək, məruz qoymaq, mübtəla etmək. Gər səhhətə qadir olsa bimar; Dərdə özün eyləməz giriftar. Füzuli. Giriftar olmaq – tutulmaq, düçar olmaq, məruz qalmaq, mübtəla olmaq. Dərdə giriftar olmaq. – Hər halda, əvvəl binadan yazıq taybuynuz öküzün günü qara gəlib, allahın qəzəbinə giriftar olubdur. F.Köçərli. Amma iki ay bundan sonra biçarə dayım oğlu ruh azarına giriftar oldu. C.Məmmədquluzadə. Biçarə [Zeynal] cürbəcür əzablara giriftar olub, sifətində dəqiqədə min rəng müşahidə olunurdu. Çəmənzəminli; // eyni mənada “eşqə” sözü ilə – aşiq olmaq, vurulmaq. Eyləyibsən məni eşqə giriftar; Gündüzüm biqərar, gecələr bidar. M.P.Vaqif. Qəm evində zar olalı; Eşqə giriftar olalı; Yarımadıq yar olalı; Nə mən səndən, nə sən məndən. Q.Zakir.
Türkmenche Izahliq Lughet (Kyýasowa, 2016)
giriftar
[girifta:r], syp.,k. d. Bendiwan, bagly. Zalymlar golunda giriftar oldum (“Saýatly – Hemra”).