gen
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
gen
I.
1. sif. Geniş, enli. Gen otaq. Gen paltar. – Sıra dağlar, gen dərələr; Ürək açan mənzərələr. S.Vurğun. Ağca qarı, başını oğlunun gen sinəsinə söykəyib mürgüləyirdi. Ə.Əbülhəsən.
2. zərf Uzaq, kənar, aralı. Gen qaçmaq. Gen gəzmək. – Dost dost ilə tən gərək; Tən olmasa, gen gərək. (Ata. sözü). Bəhanə quruban bizdən gen gəzmə; Bir sözün yadlara deyən deyiləm. M.P.Vaqif. // Eyni mənada bəzən gendən şəklində. Nə üz ilə əl çəkməyəm vətəndən; Biganələr kimi baxıram gendən. Q.Zakir. Ovçu gendən yayındı; Oxu məndən yayındı; Bir dəfə kirpik çaldım; Gözüm səndən yayındı. (Bayatı).
3. sif. və zərf Olduqca enli, gen-bol, dar olmayan, bədəni sıxmayan. Gen köynək. Gen corab. – [Hacı Saleh:] Amma, ağa, mintənənin ölçüsü məlum olsa idi, çox yaxşı olardı. Orda tikdirrəm, bəlkə dar oldu.. M.F.Axundzadə. [Tahirin] pencəyi təzə dəbdə, uzun və gen tikilmişdi. M.Hüseyn. Rüstəm kişiyə elə gəldi ki, Qoşatxanın əynindəki kostyum gendir.. M.İbrahimov.
4. is. dan. Küsülü olma, arası olmama, arası soyuq olma. Biz genik. Aramız gendir. ‣ Gen dünya – böyük, geniş, ucsuz-bucaqsız yer və s. haqqında. Ey nazənin, bu gen, geniş dünyada; Namusu əğyarə satmaq nədəndir? Qurbani. [Aslan:] Ay ata, bu gen dünyada məgər yer qəhət idi ki, bizim babalar gəlib, bu çılpaq qayaların arasında kənd salıb? M.Rzaquluzadə. Gen dünya (başına) dar olmaq – bax. dünya. Gen dünya başıma dar gəlir mənim; Sanki baharıma qar gəlir mənim. M.Müşfiq. Gen gün – rahat, sakit, yaxşı gün, həyat. Dedi: – Əsirgəməm bir qaşıq qanı; Vəli laf vuranlar gen gündə hanı? Q.Zakir. Gen gündə dost deyər, dar gündə qaçar. Axtarar girməyə, aya, dam indi. Aşıq Şəmşir. Gen yerini dar etmək – bax. yerini dar eləmək (etmək) (“yer”də). Gendən-genə – uzaqdan-uzağa. Həmid gendən-genə sevmiş olduğu bu qızın gülüşlərindən çox mütəəssir olurdu. Ə.Məmmədxanlı. Ürəyini gen saxlamaq – bax. ürək.
II. [yun. genos – mənşə] İrsiyyətin, orqanizmin bu və ya başqa əlamətinin nəsillərə keçməsini təmin edən maddi əsası.
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
gen
bol, geniş, gevşek
In'gilische—Türkche Lughet (Anonim)
gen
esk
doğru haber
tam bilgi
malumat
Türkmenche Izahliq Lughet (Kyýasowa, 2016)
gen
at. Nesilden nesle geçijiligiň iň ýönekeý birligi.
Axir izdelgen sözler:
- baçak,
- uyumdaştıruu,
- nailaj,
- sasımak,
- devinmek,
- Devran,
- cone,
- ornabermek,
- Kalleş,
- gedəcək,
- ertak,
- yor,
- bunama,
- boğası,
- Meet,
- şan,
- oda,
- gururlanmak,
- kıftu,
- utilizasiya,
- netherlands,
- gen