fənn
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
fənn
is. [ər.]
1. Elm, bilik sahəsi, tədris obyekti. Riyaziyyat fənni. Zoologiya fənni kabineti. – [Teymur müəllim] yalnız sinifdə deyil, kənarda da öz sevimli fənni coğrafiyadan saatlarla danışmağı sevərdi. Ə.Sadıq.
2. bax. fənd 1-ci mənada. Yaman gündə tamam durub kənara; İstər bir fənn ilə özün qurtara. Q.Zakir. Hər fənn ediriksə, işimiz tutmayır əsla; Ax!.. Ax!.. O keçən günlərimiz noldu, xudaya. M.Ə.Sabir.
3. Elm, texnika, bilik. Bəlkə bir vaxt elm və fənn bərəkətindən bu işlər düzələ. C.Məmmədquluzadə. Elmi, fənni, sənəti; Hər yana kitab yayır. M.Seyidzadə.