turklehceleri.org

fırıldaq

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

fırıldaq

is.
1. Hiylə, kələk, dolab, badalaq, biclik. Hərifin fırıldağını başa düşmək. – [Molla İbrahim:] Şeyx Yəhyanın bütün fırıldaqlarını açıb, Xorasan camaatına elan etmək mənim borcum olsun. S.Hüseyn. [Musa:] De görüm, indi nə fırıldağın var? M.İbrahimov. • Fırıldaq gəlmək (düzəltmək, işlətmək) – kələk işlətmək, dolab gəlmək, biclik işlətmək, hiyləbazlıq eləmək, badalaq qurmaq. Mən az görməmişəm badalaqları; Min fırıldaq gələn o alçaqları! S.Vurğun. [Ataş:] Mən bilirdim, [Veysəlgili] əvvəl-axır belə fırıldaq düzəltməli idilər. Ə.Vəliyev.
2. dan. Fırıldaqçı mənasında. Fırıldağın biridir. – [Fərrux Natiqə:] Ədə, sən başdanayağa fırıldaqmışsan ki! B.Bayramov.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

fırıldaq

kələk, hiylə, biclik
{düzen, hile, dolandırıcılık}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

fırıldaq

macera


Axir izdelgen sözler: