fitva
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
fitva
is. [ər.]
1. din. Bir işi icra etmək üçün din başçısı və ya hökmdar tərəfindən verilən icazə, hökm. • Fitva almaq – bir işi icra etmək üçün din başçısının, ya hökmdarın icazəsini almaq. [Padşah:] Üləmanı cəm elə və onlardan fitva al. Ə.Haqverdiyev. Fitva vermək – bir işi icra etmək üçün şərən icazə (hökm) vermək. Bir gün fitva verdi axund minbərdən; Lənətlə çəkilsin Sabirin adı. B.Vahabzadə.
2. məc. Ümumiyyətlə, icazə, razılıq. Müqim bəy öz fitvasını danıb Mirzə Polad müəllimin qanını Ələmdarın .. boynuna yıxa bilər. S.Rəhimov. • Fitva vermək – icazə vermək, yol vermək. [Kəndli:] ..Yoldaş Veys, nahaq yerə bu işə fitva verirsiniz. Ə.Əbülhəsən.
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
fitva
fetva