fiqur
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
fiqur
[lat. figura – görünüş]
1. Bir iş görərkən (rəqs edərkən, təyyarədə uçarkən və s.) birinin və ya bir şeyin aldığı vəziyyət. Rəqsin ayrı-ayrı fiqurları. – Təyyarəçi çox vaxt yüksək pilotaj fiqurları göstərməli olur ki, bu zaman insanın bədəni xeyli gərgin vəziyyət alır. “Təyyarəçi”.
2. Musiqi əsərini mürəkkəbləşdirən, gözəlləşdirən ritmik-melodik element.
3. Rəssamlıqda, heykəltəraşlıqda insan və ya heyvan təsviri. “İdmançı qız” fiquru. – Hovuzdakı fiqurların müxtəlif əzalarından fışqıran fəvvarələr Bağdad gündüzünə məxsus hərarətin müqavimətini qıraraq, həyəti bahar nəsimi ilə bərabər gələn şəbnəmlərlə doldururdu. M.S.Ordubadi. // teatr. Surət, tip, xarakter.
4. Düzgün, qəşəng bədən quruluşu; qəddqamət, boy-buxun. Qızın gözəl fiquru var. // Ümumiyyətlə, bədən. Bezdən bir adam fiquru tikib içinə həşəm doldurardılar. H.Sarabski.
5. Ən böyük oyun kartının (tuz, qoca, qız, oğlan) adı.
6. Şahmat oyununda: piyadadan fərqli olaraq şah, vəzir, top, fil, at. İki fiqur və üç piyada. Bir fiquru iki piyadaya dəyişmək.
7. riyaz. Müstəvinin qapalı xətlə məhdudlaşmış hissəsi; habelə müəyyən qaydada düzülmüş nöqtələrin, xətlərin, səth və cisimlərin hamısı bir yerdə. Burada çoxlu həndəsi fiqurlar, riyazi sxemlər və formullar vardır.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
fiqur
bədən, qədd-qamət, boy-buxun, əndam
{beden, gövde, Boy pos, endam}