turklehceleri.org

e᾽tiqad

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

etiqad

is. [ər.]
1. Bir şeyə qəlbən və möhkəm inanma, inam. [Dilarada] ədalətin, haqqın qələbə çalacağına möhkəm bir etiqad vardı!.. M.İbrahimov. // Əqidə, qənaət, fikir. ..Bizim camaatın arasında bu etiqad var idi ki, rus həkimləri müsəlman həkimlərindən artıq təhsil görmüş və təcrübə hasil etməmişdilər. C.Məmmədquluzadə. [Mərhumun qardaşı:] Çünki seyidin qulluğuna etiqadla getməmişdi. Əlbəttə, etiqad böyük şərtdir. Ə.Haqverdiyev. • Etiqad etmək (eləmək, bəsləmək) – qəlbən və möhkəm inanmaq, iman gətirmək, ürəkdən təsdiq etmək. Bir parça buludun yağış yağdırmasını güman etməsəm də, ancaq Nisə xala məndə elə bir təsir buraxmışdı ki, onun hər dediyinə etiqad edirdim. Qantəmir. Hər hansı müalicə içərisində xəstənin özünün etiqad bəslədiyi müalicə ən birinci vasitədir. S.Rəhimov.
2. din. Bir din və məzhəbə inanma, inam. Mən elə hacı tanıyıram ki, özünün heç bir zada etiqadı olmaya-olmaya Məkkəyə müşərrəf olur. Ə.Qəmküsar. Kərbəlayı Məhəmməd ustanın hekayəsi bitən kimi, dərin bir etiqad ilə gözünü göyə çöndərdi. Çəmənzəminli.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

e’tiqad

inam
{inanç}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

etiqad

itikat


Axir izdelgen sözler: