eşitmək
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
eşitmək
f.
1. Hər hansı bir səsi qulaqla qavramaq, almaq, duymaq, mənimsəmək. Danışanların səsini eşitmək. O biri otaqdan səs eşitmək. – Əz qəza Gülbadamın səsini kəndin kənarından keçərkən bir adam eşidib səslənir: – Ay adam, kimsən? N.Nərimanov. Birdən-birə .. at kişnəməsi eşitdim. H.Nəzərli.
2. Dinləmək, qulaq asmaq, fikir vermək. Məclis natiqi elə gərgin diqqətlə eşidirdi ki, milçək uçsa, duyulardı. Mir Cəlal. Eşidin, nə deyir: “İki gün əvvəl; Niyə gecikmişdin? Bundan danış gəl!” M.Rahim.
3. Xəbərdar olmaq, xəbər almaq, xəbər tutmaq, məlumat əldə etmək, agah olmaq, bilmək. Həsən ağa dedi: – Mən səni gözaydınlığı verməyə çağırdım, eşitdim uşaqların məktəbi qurtarıblar, gözün aydın! Ə.Haqverdiyev. Axşam bacımdan eşitdim ki, Xədicə qorxduğundan xəstələnmişdir. S.Hüseyn.
4. Sözə baxmaq, əməl etmək, nəsihət qəbul etmək. Böyüyün sözün eşit! – Qızım sənə deyirəm, gəlinim sən eşit! (Məsəl). Nə gərəkdir bizə o növ söhbətlər; Eşidin pəndlər, nəsihətlər. S.Ə.Şirvani. [Xidmətçi:] Onun dostluq etdiyi qadınlardan şübhələnirəm. Xüsusən onun bugünkü səyahəti də qorxuludur, onu bu səyahətə buraxmayın, o sizin sözünüzü eşidər! M.S.Ordubadi. • Eşidər-eşitməz – eşidən kimi, dərhal, o saat. Fərman bu adı eşidər-eşitməz böyük sevinclə onun əlini sıxdı. Ə.Sadıq.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
eşitmək
dinləmək, duymaq, qavramaq, mənimsəmək
{dinlemek, duymak, kavramak, benimsemek}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
eşitmək
duymak, işitmek