turklehceleri.org

eşidilmək

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

eşidilmək

məch.
1. Qulaq vasitəsilə qavranılmaq, qulaqla duyulmaq, qulağa çatmaq (səs haqqında). Yuxarıda qat-qarışıq bir səs eşidildi. A.Şaiq. Göydə ulduz ulduzu çağırırdı.. Yaxından dənizin uğultusu eşidilirdi. M.Hüseyn. Birdən lap qulağının dibində eşidilən bir qışqırıq Qadiri bu xülyalarından ayırdı. Ə.Əbülhəsən.
2. Xəbər çatmaq, xəbər alınmaq. Bu gün təzə bir xəbər eşidildi.
3. Dinlənilmək, qulaq asılmaq, qəbul edilmək, nəzərə alınmaq (çox vaxt inkar şəklində). Onun bu arzusu kimsə tərəfindən eşidilmədi.


Axir izdelgen sözler: