turklehceleri.org

eyham

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

eyham

is. [ər.] İkimənalı, üstüörtülü söz və ya ifadə; işarə. Bir otaqda oturuban biz ilən; Könlümü aldığın şirin söz ilən; Gah eyham, işarə, gah göz-qaş ilən; Gah həzin güftguyun istərəm. Q.Zakir. Həsən ağanın rəngi dəyişir: – Nə demək istəyirsən, bu eyhamların mənası nədir? Ə.Haqverdiyev. Nərgiz xanım düşünür: yazıq Azad, Ulduz mənim qızımdırsa, o sənin bu eyhamını çox çətin başa düşəcək.. Ə.Məmmədxanlı. • Eyham atmaq (vurmaq, etmək) – kinayəli, üstüörtülü söz demək, işarə vurmaq. [Ələkbər:] Sən Səlimnaz xanıma eyham atırsan? N.Vəzirov. Kürən at xatakar olar ha.. – deyə Nadir nəyə isə eyham etdi.. B.Talıblı. Sabir yenə qımışdı. O, belə eyhamlar vurduqca Məşədi bəyin xoşuna gəldiyini çox aydın hiss edirdi. M.Hüseyn. Eyhamla danışmaq (demək) – danışarkən üstüörtülü, eyhamlı sözlər işlətmək, işarə ilə danışmaq. Eyhamla, işarə ilə danışdığı, Maralın nə isə bir şey duyduğunu sübut edirdi. Ə.Əbülhəsən. Xanpəri “Həcərin qızı Gülşən xanım” sözlərini çox eyhamla, bəlkə də istehza ilə demişdi. Ə.Vəliyev.

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

eyham

ima, telmih


Axir izdelgen sözler: