eybəcərlik
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
eybəcərlik
is.
1. Eybəcər şeyin halı; kifirlik, çirkinlik, biçimsizlik. Səməd acıqlandığı zaman üzündəki eybəcərlik daha aydın gözə çarpırdı. M.Hüseyn. ..Eybəcərliyinə görə heç kəs [Cumanın] adını çəkmir. Ə.Əbülhəsən.
2. məc. Kəsir, nöqsan, çatışmazlıq, biabırçılıq, qeyri-normal hal, iş, vəziyyət. Gör onda neçə-neçə biabırçılıqların üstü açılar, pərdələr götürülər, eybəcərliklər görünər? S.Rəhimov. Vəlini düşündürən bütün eybəcərliyi ilə hiss etdiyi həyat məsələləri idi. M.Hüseyn.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
eybəcərlik
I. kifirlik, çirkinlik, biçimsizlik
{kötülük, çirkinlik, biçimsizlik}
II. biabırçılıq, çatışmazlıq, kəsir, nöqsan
{rezalet, anlaşmazlık, eksiklik, noksan}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
eybəcərlik
çirkeflik, çirkinlik, kötülük