etibar
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
etibar
is. [ər.]
1. Bir şəxsin ixlasına, sədaqətinə, səmimiyyətinə, doğruluğuna, düzgünlüyünə inam, etimad, əmniyyət və bunlara əsaslanan münasibət. İnsan oğlu can verər pərvanə tək atəşlərə; Düz sözün, düz ilqarın, düz etibarın eşqinə. S.Vurğun. // məc. Vəfa. Zakir, etibarı yoxdur dünyanın; Aldanma xeyrinə, şərinə anın. Q.Zakir. Lakin günəşdə etibar görünmürdü; yerdən buğ qalxır, dağların başı dumanlanır, üfüqlər bulaşmağa başlayırdı. Çəmənzəminli. • Etibar etmək (göstərmək, qılmaq) – inanmaq, etimad etmək, inam göstərmək. Mən böylə qılırdım etibarı; Kim bundan olur könül qərarı. Füzuli. Amma keyfiyyət bir mərtəbədə qərib idi ki, Yusif Sərrac onun doğru olmağına, bavücudi ki, gözü ilə görürdü, hərgiz etibar edə bilmirdi. M.F.Axundzadə. [Süleyman:] Əsgər mənə etibar edib elçiliyə göndəribdir, özü də qıza bənddir. Ü.Hacıbəyov.
2. klas. Ad, san, şərəf, hörmət, nüfuz. Getdi şənimiz, etibarımız; Varmı rütbəmiz, iqtidarımız. M.Ə.Sabir. Keyfə sərf eylədim də milyonlar; Yenə dövlətcə etibarım var. H.Cavid. • Etibardan düşmək, etibarını itirmək, etibarı qalmamaq – 1) hörmətdən düşmək, nüfuzunu itirmək. Bundan sonra zəmanədə mən mərəzə şaiqəm; Çün düşmüşəm yanında onun etibardən. S.Ə.Şirvani; 2) daha mötəbər olmamaq, özünə olan inamdan məhrum olmaq; 3) qüvvəsini, təsirini itirmək (sənəd haqqında). Etibarı olmaq – 1) inanılmaq, başqasının yanında etimadı olmaq; 2) möhkəm olmaq, davamlı olmaq.
3. klas. Əhəmiyyət, məna. Görmüşəm ləlini, lazımdı tökülsün qanım; Etibar olmaz əgərçi görələr qan yuxuda. S.Ə.Şirvani.
4. “ilə” qoşması ilə: etibarı ilə – fərz edərək, ...nəzərə alaraq, ...əsasən, ...görə, ...kimi. Bu dövrdə böyük yazıçının hekayələri forma etibarı ilə ən çox novella xasiyyəti daşıyır. M.İbrahimov.
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
etibar
emniyet, inanç, itibar, kredi
Axir izdelgen sözler:
- operatör,
- Hazil,
- öydek,
- ape,
- ooş,
- qənd,
- bayı,
- so'ta,
- yargılamak,
- hapalanmak,
- uysal,
- singimoq,
- küsdümotukimilər,
- kayrımduuluk,
- öçüt,
- gahatlyk,
- turnverein,
- odurbudur,
- bolacha,
- utmak,
- efendilik,
- etibar