ehtizaz
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
ehtizaz
is. [ər.] kit.
1. Xəfif surətdə titrəmə, titrəyiş. Çatdıqca incə ruhuma, aldıqca hər nəfəs; Sarsın bütün vücudumu sönməz bir ehtizaz. A.Şaiq. Nədən şəfəqli buludcuqlar öylə çöhrəndə; Bir ehtizaz ilə nəşr eyləməkdə şəbnəmlər? H.Cavid. • Ehtizaza gətirmək – 1) titrətmək; 2) məc. dilləndirmək. Tahir daha da cuşa gəlib sazın tellərini lap ürəkdən ehtizaza gətirirdi. M.Hüseyn.
2. Fizikada: cismin titrəyişli hərəkəti, titrəməsi, titrəyişi.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
ehtizaz
titrəyiş
{titreyiş}