dəyər
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
dəyər
is.
1. Qiymət, baha. Kitabın dəyəri nədir? Məhsulun maya dəyəri.
2. iqt. Əmtəə istehsalına sərf edilən və bu əmtəədə maddiləşən abstrakt əməyin müəyyən miqdarı. Dəyərin miqdarı ictimaizəruri iş vaxtı ilə təyin edilir. İzafi dəyər.
3. məc. Qiymət, əhəmiyyət, ləyaqət, keyfiyyət. Əsərin bədii dəyəri. Bu sözün heç bir dəyəri yoxdur. – Fəxrəddinin qəhrəmanlığını və ümumiyyətlə, azərbaycanlıların hərbi dəyərini çox gözəl bilirdi. M.S.Ordubadi. Gözəl olur bu yerlərin səhəri; Məncə, vardır dünyalara dəyəri. A.Şaiq.
4. sif. Layiq. Oxumağa dəyər əsər. Görməyə dəyər yer.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
dəyər
qiymət, ləyaqət, keyfiyyət
{kıymet, paha, karşılık}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
dəyər
bedel, değer, fiyat