dəyanət
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
dəyanət
is. [ər.] Möhkəmlik, səbat, öz sözünün üstündə durma. Şikəstə Zakirəm, cövrü-cəfaya; Onlar tək deyiləm, dəyanətim var. Q.Zakir. Zənnimcə, həqiqi dost çox az tapılar ki, onun sədaqət və dəyanətinə etibar edib dar günündə ona ümid bağlayasan. F.Köçərli. İllər qayəmizə ilk bahar deyir; Bizdədir dəyanət, etibar deyir. M.Rahim.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
dəyanət
möhkəmlik, səbat
{sağlamlık, direnim}