turklehceleri.org

dəvə

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

dəvə

is. Səhralarda və quru çöllərdə istifadə olunan, bir və ya ikihürgüclu, çox dözümlü iri yük heyvanı. Birhürgüclü dəvə. Dəvə balası. – Dəvədən böyük fil var. (Ata. sözü). Karvanda bir dəvə, bir də eşşək; Arıq düşmüş idi mənim yabım tək. Q.Zakir. [Qartal:] Bizansa gedən dəvə karvanları hələ qayıtmamışdır... M.Hüseyn. ‣ Dəvə oynayanda qar yağar – öz yaşına, mövqeyinə, vəziyyətinə münasib olmayan hərəkət edən adam haqqında. Dəvənin boynu kimi (düz) – düz olmayan şey haqqında. Dəvəsi ölmüş ərəb – başı çox bəlalar çəkdiyi, hər cür məhrumiyyətlərə məruz qaldığı üçün hər şeyə laqeyd baxan adam haqqında.

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

dəvə

deve


Axir izdelgen sözler: