dəstpaça
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
dəst-paça
is. [fars.] köhn. Təlaşa düşmə, tələsmə, iztirab, çapalama. // Zərf mənasında. Təlaş içində, həyəcanlı bir halda, özünü itirmiş halda. Bu halda qalmaqaldan .. Hatəmxan ağa və Şahbaz bəy yatdıqları damda yuxudan oyanıb dəst-paça, köynəkcək Müsyö Jordanın səsinə yüyürdülər. M.F.Axundzadə. • Dəst-paça olmaq – iztiraba düşmək, əl-ayağa düşmək, təşvişə düşmək, təlaşa düşmək. O teleqramda nə var ki, həzrəti-vala bu cür dəst-paça oldular? P.Makulu.