turklehceleri.org

dərman

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

dərman

is. [fars.]
1. Həkimin resepti üzrə hazırlanan müalicə vasitəsi; dava. İçmə dərman. Sürtmə dərman. Dərman şüşəsi. – [Mirzənin] böyük oğlu, təbib bir yanında əyləşib, tez-tez atasının sinəsinə yaş məhrəba salırdı, lazım olduqca dərman içirdirdi. Ə.Haqverdiyev.
2. dan. Ümumiyyətlə, təbabətdə, zərərvericilərlə mübarizədə və s.-də işlədilən kimyəvi preparatlar. Keyləşdirici dərman. Qankəsən dərman. Boğazı yaxalamaq üçün dərman. Ağaclara dərman sürtmək. – Oğru qarğalara tüfəng atılır; Qocalmış torpağa dərman qatılır. S.Vurğun. Mənə bihuşedici dərman verdilər. M.İbrahimov.
3. məc. Əlac, çarə, tədbir. Oğlanı dərd apardı; Dərmanı qızda qaldı. (Bayatı). • Dərman etmək (eləmək qılmaq) – əlac etmək, çarə qılmaq. Dərman elə yari-dərdməndə. Xətayi. Eşq dərdilə xoşam, əl çək əlacımdan, təbib; Qılma dərman, kim həlakim zəhri-dərmanındadır. Füzuli.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

dərman

dava
{deva}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

dərman

derman, ilaç


Axir izdelgen sözler: