turklehceleri.org

dəniz

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

dəniz

is.
1. Yer kürəsinin acı-duzlu su ilə örtülü olan və az-çox quru ilə əhatə olunmuş böyük sahəsi, okeanın bir hissəsi; dərya. Qara dəniz. Xəzər dənizi. – Dəniz okeanların az-çox təcrid edilmiş hissələridir ki, bunların özlərinin xüsusi rejimi vardır. “Ümumi fiziki coğrafiya”. // Acı-şor suyu olan çox böyük göl. Aral dənizi. – Dənizdə tufan qalxır. Xəzərin ağ köpüklü çılğın dalğaları sahili gəmirirdi. M.Hüseyn. // Yer üzündəki okean və dənizlərin məcmusu. Dənizlə Amerikaya getmək. // Süni surətdə düzəldilmiş çox böyük sututar. Mingəçevir dənizi. – Xəritədə Azərbaycan düzlərini sulamaq üçün bu dənizdən çəkilən kanalların şəbəkəsi görünürdü. Ə.Sadıq. • Dəniz nəqliyyatı – dənizlərdə işləyən nəqliyyat vasitələri (gəmilər və s.).
2. məc. Təşbehlərdə, müqayisələrdə çoxluq, nəhayətsizlik, intəhasızlıq bildirir. Xəyalımız üzəydi sövda dənizlərində; Ləpələr üzərində. M.Müşfiq. Tərlan izdihama yaxınlaşdıqca, elə bil onun qarşısında böyük bir insan dənizi dalğalanırdı. M.Hüseyn. ‣ Dəniz tutmaq – gəminin yırğalanması nəticəsində ürəkbulanması və başağrısı şəklində təzahür edən xəstəlik halı. Dənizdə balıq sövdası – ortada mövcud olmayan qeyri-real bir şey haqqında söhbət aparma. Dənizdə balıq sövdası olmaz. (Ata. sözü). Dənizdə bir damcı – müqayisəedilməz dərəcədə az, çox cüzi bir şey haqqında.

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

dəniz

deniz


Axir izdelgen sözler: