turklehceleri.org

dələduz

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

dələduz

is. Fırıldaqçı, adamaldadan, hiyləgər, bic. Mənim qızım Səfərdən yaxşı oğlana getməyəcək ki, oğru deyil, dələduz deyil, bir kəsin toyuğuna daş atmaz. Ə.Haqverdiyev. Bəlkə, deyirdim, kağızı bir dələduza oxutmuşdur, arvadı dolayıb qızışdırmışdır. Mir Cəlal. // Sif. mənasında. [Şamama Cadu:] Amma dələduz nökərlə arası yoxdur. Ə.Haqverdiyev. Biz o cür dələduz adamların gərək tamam nəslini də yer üzündən kəsək. M.S.Ordubadi. // Söyüş mənasında. [İsmayıl bəy:] O elə bir dələduzdur ki, yer üzündə bərabəri yox. N.Vəzirov. Yaxşı, ay dələduz! Bir danış görək; Neçəyə satmısan yox vicdanını? S.Vurğun.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

dələduz

fırıldaqçı, hiyləgər, bic
{sahtekâr, hilekâr, düzenbaz}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

dələduz

dolandırıcı


Axir izdelgen sözler: