düha
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
düha
is. [ər.]
1. İnsan zəkasının, istedadının ən yüksək zirvəsi; xariqüladə ağıl və zəka; dahilik. [Xumar:] Oxunur gözlərində nuri-düha; Yüksəl, ey şeyx! Gəl, düşünmə daha!.. H.Cavid. Füzuli öz dühası ilə Azərbaycana parlaq klassik bir ədəbiyyat verdi. C.Cabbarlı. Hələ bizim Azərbaycan torpağından; Nə dühalar, nə günəşlər yaranacaq. Oxuyuram istiqbalı varaq-varaq. S.Vurğun.
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
düha
deha