duvaq
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
duvaq
is.
1. etnoqr. Gəlin gedən qızın üzünü örtən tül örtü. Gül düxtərinin ərusi yetmiş; Gülgün duvağın başına örtmüş. Xətayi. Artıq Gülzarı başında ağ duvaq qapıdan çıxarırlardı. C.Cabbarlı. // Ümumiyyətlə, keçmişdə qadınların başlarına taxıb üzlərini gizlətdikləri şəffaf örtü. Zülf töküb üzə dilbər; Çıxıbdır düzə dilbər; Duvaq salın üzünə; Gəlməsin gözə dilbər. (Bayatı). Yanağın yanında zülfə tov vermiş; Ucun sancmış tər duvağın üstündən. M.P.Vaqif.
2. məc. Təşbehlərdə “örtü” mənasında. Qapqara bir duvaqla örtülmüşdür göy saray. R.Rza.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
duvaq
örtü, qapaq
{örtü, kapak}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
duvaq
duvak