turklehceleri.org

dumduru

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

dumduru

sif.
1. Lap duru, büllur kimi şəffaf. Dumduru su. – Araz gəlir daşınnan; Suyu qalxır başınnan; Əzəli dumduruydu; Bulandı göz yaşınnan. (Bayatı). Bu səssiz dərədəsə sular axır dumduru; Mürgüləyən qayalar sanki geyib zərxara. Ə.Cəmil. Küçənin hər iki tərəfindən dumduru su axırdı. Ə.Vəliyev. // Tərtəmiz, saf, aydın. Göy üzü dumduru, hava çox saf; Parlayır mavi asiman şəffaf. A.Səhhət. Arxın dumduru suyu sır-sır buzları yığışdırıb apardıqca, onlar çiliklənmiş şüşə kimi cingildəyirdi. İ.Şıxlı.
2. Lap axıcı, çox sıyıq. Dumduru bəkməz. Dumduru bal.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

dumduru

şəffaf
{şeffaf}


Axir izdelgen sözler: