doyunca
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
doyunca
zərf
1. Doyana qədər. Doyunca yemək. – Tut ağacı boyunca; Tut yemədim doyunca. (Bayatı). [Əsgər:] Barı bir zəhmətə görə, əziyyətə görə doyunca adama çörək verə, yenə dərd yarıdır. N.Vəzirov. ..Hamımız süfrə başına oturub qatıq, yağ, qaymaqdan doyunca yedik. A.Şaiq.
2. məc. İstədiyi qədər, çoxlu, ürəyinin ehtiyacı rəf olunca. Doyunca gəzmək. Doyunca danışmaq. – Qoy doyunca baxsın, etsin tamaşa; Heyrandı göz-gözə, qurban olduğum! M.P.Vaqif. Ol qəmli gecə sabah olunca; Rahat yuxu yatdı bir doyunca. A.Səhhət. ..İlk dəfə gördüyüm bu yerlərin gözəlliklərini doyunca seyr etmək üçün tüfəngi çiynimdən çıxarmadan arxadan gedirdim. M.Rzaquluzadə.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
doyunca
tıxınca
{doyuncaya kadar}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
doyunca
tıka basa