doymaq
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
doymaq
f.
1. Yeməyə olan ehtiyacı rəf olmaq, lazımınca yeyib tox hala gəlmək, qarnı tox olmaq. Bu xörəkdən doydum. – Bozbaşdan doymaq istəyirsənsə, qonaqlarını tox hala salmaq istəyirsənsə, çölməyə çox ət sal. C.Məmmədquluzadə. Başını xörəklərin xonçasına əymişdi, əlini nimçənin üzərində saxlayıb, mənim doymağımı gözləyirdi. M.S.Ordubadi.
2. kim. Öz içərisində çoxlu miqdarda başqa maddəni əritmək, həll etmək, canına çəkmək.
3. məc. Bezikmək, bıqmaq, təngə gəlmək, ürəyini vurmaq; soyumaq. Yar məndən doyubdursa; Mən yardan doymamışam. Sarı Aşıq. Gəncədə bir kişi övrətindən doyanda belə bəhanə eləyir ki, məsələn, “məlunə övrət mənim anamı söyür və məndən izin almamış həyətə çıxır”. C.Məmmədquluzadə. ‣ Cana doymaq – bax can. [Mələk] cana doysa da, hələ qəti qərara gələ bilmirdi. İ.Şıxlı.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
doymaq
bezikmək, bıqmaq, soyumaq
{bezmek, bıkmak, soğumak}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
doymaq
doymak