turklehceleri.org

dolandırmaq

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

dolandırmaq

f.
1. Hərləndirmək, fırlandırmaq, aylandırmaq, dövr etdirmək. Çarxı dolandırmaq. – O əllər .. cəhrə dolandırmaqdan, lülə sarımaqdan qabar olub ağaca dönmüşdür! Ə.Əbülhəsən. // Gəzdirmək. Uşağı apar, bağda dolandır, gətir. – Qurbanəli bəyin nökəri kəhər atın cilovundan yapışıb, bir az kənarda dolandırırdı. C.Məmmədquluzadə. // Döndərmək, çevirmək. Üzünü dolandırıb mənə dedi.. • Gözünü (gözlərini) dolandırmaq – bax göz.
2. dan. İdarə etmək. Ölkəni dolandırmaq. İşləri dolandırmaq. – Onu göndərdilər ki, azarlamış müəllimin yerini birtəhər dolandırsın.. Ü.Hacıbəyov. // Yola vermək. Onu birtəhər dolandır.
3. Dolanacağını təmin etmək, saxlamaq. Ailəni dolandırmaq. – Yaz ağzı molla bazardan bir ikicanlı keçi alır ki, südü ilə uşaqlarını dolandırsın. “M.N.lətif.”. [Durna] ərindən sonra özündən başqa Fərmanı da dolandırmalı olmuşdu. Ə.Sadıq.
4. məc. Aldatmaq, başını tovlamaq. Hər zaman Zeynal [Mehribanı] bir taqım quru və boş vədələr ilə dolandırırdı. S.Hüseyn. ‣ Baş(ını) dolandırmaq – bax. baş. Başda dolandırmaq – bax baş.

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

dolandırmaq

dolaştırmak


Axir izdelgen sözler: