dişləmək
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
dişləmək
f.
1. Dişləri arasında sıxmaq, dişlərini batırmaq. Cavan ana öz körpəsinin toppuş ayaqlarını birdən dişləyir, uşaq qıdıqlanıb gülürdü.. S.Rəhimov.
2. Dişləri ilə sıxıb qopartmaq, kəsmək. Armudu dişləmək. Çörəkdən bir tikə dişləmək. – Ağ almanı dişlədim; Dörd yanın gümüşlədim. (Bayatı). // Yemək mənasında. İşləməyən dişləməz. (Məsəl).
3. Sancmaq, dalamaq. Gicitkən dişləyir. – Hər kəs məndən səni yaman qandırsa; Ya əqrəb dişləsin, ya ilan, pərim! Aşıq Abbas.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
dişləmək
I. kəsmək
{kesmek}
II. sancmaq, çalmaq, vurmaq
{ısırmak, çakmak, vurmak}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
dişləmək
ısırmak