dilləndirmək
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
dilləndirmək
icb.
1. Dillənməyə, danışmağa, söyləməyə məcbur etmək. Dərdliyə söz deməyin; Dərd onu dilləndirər. (Bayatı). [Əntiqəni] dindirib dilləndirmək mümkün olmurdu. Mir Cəlal.
2. məc. Çalmaq, səsləndirmək; səs çıxarmağa məcbur etmək, dilə gətirmək. ..Bəxtiyar uzaqdan tarın simlərini dilləndirir. A.Şaiq. Qocaman ustalarımızdan Bakıxanov tarı dilləndirir. S.Rüstəm.