daşınmaq
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
daşınmaq
I.
1. məch. Bir yerdən başqa bir yerə aparılmaq, nəql edilmək. Yüklər daşındı. Taylar gəmiyə daşındı. – Ət bazardan daşınıb mənzilə zənbil-zənbil; Etmədi mədələri yağlı qidanı təhlil. S.Ə.Şirvani. Fayton qoşulub balkonun qabağına sürüldü. Bəylə xanımın çamadanı və yol tədarükü daşındı. Ə.Vəliyev.
2. qayıd. Şeylərini başqa yerə daşıyıb aparmaq; köçmək. Yusif çay vaxtı vədə qoydu ki, Bahadır sabahdan daşınsın. N.Nərimanov. Student xanımla vidalaşaraq, iki gündən sonra daşınacağını bildirdi. Çəmənzəminli. Baldızımın etirazına və narazılığına baxmayaraq, oraya daşındım. S.Hüseyn.
II. f.
1. Məqsədindən, fikrindən və ya etmək istədiyi bir işdən və s.-dən vaz keçmək, əl çəkmək (adətən “fikrindən” sözü ilə). Yeni əlifba fikrindən daşınmaq mənim qüvvəmdən xaricdir. M.F.Axundzadə. [Mehriban] axşam çocuqlarını yanına alıb bulvara çıxmaq istəmişdisə də, sonra bu fikrindən nədənsə, daşınmışdı. S.Hüseyn.
2. Fikirləşmək (çox vaxt “düşünmək” sözü ilə birgə işlənir). Bəlli Əhməd çox düşündü, çox daşındı. “Koroğlu”. Qulu Aslan bəydən ayrıldıqdan sonra çox düşündü, daşındı. A.Şaiq.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
daşınmaq
I. aparmaq, köçmək
{götürmek, taşınmak}
II. çəkinmək
{çekinmek}
III. fikirləşmək
{düşünmek}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
daşınmaq
caymak, taşınmak